“Prezidentlərin hər görüşünü biz müsbət hadisə kimi qiymətləndiririk.”APA-nın xəbərinə görə, bunu Fransanın Azərbaycandakı səfiri Paskal Monye jurnalistlərə açıqlamasında deyib. Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edən səfir bildirib ki, həmsədrlərin verdikləri bəyanatla tanışdır: “Onlar yeni görüş hazırlayırlar. Bu, o deməkdir ki, iki ölkə arasında dialoqun yaxşılaşmasına yeni impuls verilib. Fransa təbii ki, bunu dəstəkləyir”. Diplomat qeyd edib ki, Fransa münaqişə tərəfləri arasında təmasları, o cümlədən vətəndaş cəmiyyəti səviyyəsində əlaqələri də dəstəkləyir. O, noyabrın 28-29-da Strasburqda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin görüşünün keçiriləcəyini söyləyib. Görüşün yekunları əsasında birgə bəyannamənin imzalanması nəzərdə tutulub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !