Azərbaycanlılar yeməyə 1,7 milyard manat xərcləyiblər

18:39 | 11.03.2014
Azərbaycanlılar yeməyə 1,7 milyard manat xərcləyiblər

Azərbaycanlılar yeməyə 1,7 milyard manat xərcləyiblər

2014-cü ilin yanvar-fevral aylarında istehlak olunması məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 3,2 milyard manatlıq və ya 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə doqquz faiz çox əmtəə satılıb.Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istehlak mallarının 1,7 milyard manatını qida məhsulları, içkilər və tütün məmulatları, 1,5 milyard manatını qeyri-ərzaq malları təşkil edib, qeyri-ərzaq məhsullarının xüsusi çəkisi 4,5% bəndi artıb.Cari ilin ilk iki ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-fevral aylarına nisbətən 34,5% artaraq 452,5 min manat təşkil edib.Əhali onlayn rejimi vasitəsi ilə sifariş verdikləri istehlak mallarının 82,2%-ni hüquqi, 17,8%-ni fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.Elektron ticarət dövriyyəsinin 91,7%-ni qeyri-ərzaq malları təşkil edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb