Azərbaycanlılarla türklərin birgə aksiyası keçirildi - VİDEO

11:00 | 20.05.2014
Azərbaycanlılarla türklərin birgə aksiyası keçirildi - VİDEO

Azərbaycanlılarla türklərin birgə aksiyası keçirildi - VİDEO

Almaniyanın Nürnberq şəhərindən Laçın rayonunun işğal edilməsinin 22-ci il dönümü ilə əlaqədar olaraq “Laçının işğalı” adlı etiraz aksiyası keçirilib.

ANS PRESS-in məlumatına görə, aksiya Almaniyada yaşayan azərbaycanlıların və türklərin iştirakı ilə keçirilib.Əllərində Türkiyə və Azərbaycan bayrağı olan aksiya iştirakçıları Laçının ermənilər tərəfindən işğal edilməsini əks etdirən şüarlar səsləndiriblər.Qeyd edək ki, bu il Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 22 il ötür. İyirmi iki ildir ki, 70 mindən artıq laçınlı respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşaraq, məcburi köçkünlük həyatı yaşayır. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal edib. Bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri fəaliyyət göstərib. Erməni işğalı nəticəsində 13745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırda buynuzlu heyvan qarət olunub. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox ziyan dəyib, 58736 (01.01.2012-ci il tarixə 71.3 min nəfər) nəfər laçınlı öz doğma torpağından didərgin düşüb. Qarabağ müharibəsində bütün istiqamətlərdə döyüşən Laçının igid övladlarından 238 nəfər şəhid olub, 66 adam girov götürülüb, 105 nəfər əlilə çevrilib. Müharibədə xüsusi şücaət göstərmiş laçınlılardan beş nəfəri Azərbaycan Milli Qəhrəmanı adına layiq görülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM