ANN.Az FaktXəbər-ə istinadən verdiyi məlumata görə, Londonda Beynəlxalq «World Travel Market» sərgisində qondarma Dağlıq Qarabağ Respublikasına ayrıca pavilyonun açılmasına orada yaşayan azərbaycanlılar özünəməxsus şəkildə etirazlarını bildiriblər.
Bildirilir ki, ikinci və son gündə Azərbaycanın Dövlət Bayrağına bürünmüş azərbaycanlılar pavilyonu dövrələyərək ora gələnlərə öz etirazlarını bildiriblər.
Maraqlıdır ki, aktivistlər arasında Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin işçiləri də olub. ANN.Az FaktXəbər-ə istinadən həmin aksiyadan fotoları Sizlərə təqdim edirik.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !