Azərbaycanlıların Rusiyadakı tərəvəz və meyvə bazarı əllərindən alınır

22:00 | 11.08.2014
Azərbaycanlıların Rusiyadakı tərəvəz və meyvə bazarı əllərindən alınır

Azərbaycanlıların Rusiyadakı tərəvəz və meyvə bazarı əllərindən alınır

"Çin Rusiyaya birbaşa tərəvəz və meyvələrin ixracı üçün meydança açacaq". ANS PRESS-in məlumatına görə, bu sözləri Xeylunszyan əyalətinin İqtisadiyyatının Assosiasiyasının sədri Çjan Çunszyao deyib.O bildirib ki, Dunnin rayonunda Rusiya-Çin transsərhəd elektron ticarəti üzrə layihənin açılış mərasimi olacaq. Bu isə Çində istehsal olunan meyvə-tərəvəzlərin Rusiyaya birbaşa ixracına imkan verəcək. "Baojun" adlı şirkət tərəfindən həyata keçirilən layihə çərçivəsində meydança, Rusiyanın uzaq şərqinə meyvə-tərəvəzlərin ixracı üçün logistik mərkəz olacaq. Sözügedən topdansatış bazarı 70 min kvadrat metr sahəni əhatə edəcək. Bazarın hər küncü gecə-gündüz kameralar vasitəsi ilə nəzarət ediləcək.Çjan Çunszyaonun sözlərinə görə, 2014-cü ilin sonuna kimi Rusiyaya kənd təsərrüfatı məhsullarının çatdırılmaları üçün analoji platformanın istifadəyə verilməsi də planlaşdırılır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM