ANN.Az "Report"a istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Alimlərin I Qurultayında çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
"İndiyədək 1 mlrd. ton həcmində neft hasil etmişik, təxminən bir bu qədər də qurudakı yataqlarda ehtiyatımız var", - deyə SOCAR rəsmisi vurğulayıb.
X.Yusifzadənin sözlərinə görə, buna baxmayaraq, həmin neft ehtiyatlarının çıxarılması hazırda mümkün deyil: "Çünki mövcud texnika və texnologiya buna imkan vermir. İnanıram ki, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri də bu sahədə inkişafa şərait yaradacaq işlər görəcəklər".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !