Azərbaycanın 7 alimi AMEA-nın mükafatı ilə təltif olunub

21:47 | 09.04.2014
Azərbaycanın 7 alimi AMEA-nın mükafatı ilə təltif olunub

Azərbaycanın 7 alimi AMEA-nın mükafatı ilə təltif olunub

Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 7 alim Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) görkəmli alim və mütəfəkkirlərin adına təsis edilmiş mükafatları ilə təltif olunub.AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rəyasət Heyəti alimləri daha yüksək səviyyəli tədqiqatlar aparmağa təşviq etmək, eləcə də Azərbaycanın bir sıra görkəmli alim və mütəfəkkirlərinin xatirəsini əbədiləşdirmək məqsədilə “Azərbaycanın görkəmli alimlərinin adına AMEA-nın mükafatlarının təsis edilməsi haqqında” qərar qəbul edib. Akademiyanın elmi bölmələri mükafatlara təqdim olunmaq üçün namizədlər irəli sürüb və bu məsələ AMEA mükafatları üzrə Ekspert Komissiyasında müzakirə olunub. Ekspert Komissiyasının namizədlər haqqında rəylərini nəzərə alan AMEA Rəyasət Heyəti bugünkü iclasında 7 alimin mükafatlandırılmasına dair qərar qəbul edib. Qərara əsasən, akademik Çingiz Qacar biratomlu spirtlərin və törəmələrinin trans və qoş konformerlərinin fırlanma spektrlərinin identifikasiya edilməsi sahəsindəki fundamental tədqiqatları və mühüm nailiyyətlərinə görə AMEA-nın Nəsirəddin Tusi adına mükafatı ilə, akademik Siddiqə Məmmədova Azərbaycanda bitkiçilik elmi sahəsində əldə etdiyi nailiyyətlərə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə, akademik Ömər Eldarov Azərbaycan mədəniyyətinin və monumental heykəltəraşlıq sənətinin inkişafındakı xidmətlərinə görə AMEA-nın akademik Üzeyir Hacıbəyli adına mükafatı ilə, akademik Cəlal Əliyev Azərbaycanda kənd təsərrüfatı bitkilərinin fiziki-kimyəvi biologiyası sahəsində fundamental tədqiqatları və əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın akademik Mirəsədulla Mirqasımov adına mükafatı ilə, akademik Məhərrəm Məmmədyarov xüsusi texnika üçün vacib olan sintetik yağların yaradılması və kimya sahəsində əldə etdiyi nailiyyətlərə görə AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı ilə, AMEA-nın müxbir üzvü İradə Hüseynova kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və əldə etdiyi nailiyyətlərinə görə AMEA-nın Həsən bəy Zərdabi adına mükafatı ilə, geologiya-mineralogoya elmləri doktoru, professor Fərid Dadaşov Azərbaycan geologiya elmi sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasındakı böyük xidmətlərinə görə AMEA-nın akademik Musa Əliyev adına mükafatı ilə təltif olunacaq. Alimlərə mükafatlar AMEA-nın aprelin 18-də keçiriləcək illik ümumi yığıncağında təqdim olunacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb