Azərbaycanın bəzi magistral yolları buz bağladı

11:47 | 16.12.2013
Azərbaycanın bəzi magistral yolları buz bağladı

Azərbaycanın bəzi magistral yolları buz bağladı

Azərbaycanın bəzi magistral yolları buz bağlayıb.Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki,  ötən gecədən respublika ərazisinə yağan güclü qar bəzi magistral yollarda nəqliyyatın hərəkətində problemlər yaradıb. K. Əliyevin sözlərinə görə, Bakı-Şamaxı-Yevlax yolunun 38-ci kilometrliyindən asfalt örtüyü buz bağlayıb. Bu istiqamətdə şinləri qış mövsümünə uyğun olmayan avtomobillər Müşfiq postundan Bakı-Qazax-Kürdəmir istiqamətinə yönləndirilir. Bundan başqa, Muğanlı-İsmayıllı yolunda buzlama və qar müşahidə edilir. Bu istiqamətdə isə şinləri qış mövsümünə uyğun olmayan avtomobillər Qəndob-Xaçmaz istiqamətinə yönləndirilir. K. Əliyev, həmçinin Quba-Qusar avtomobil yolunun buz bağladığını bildirib. Şöbə rəisi sürücülərə idarə etdikləri avtomobillərdə mövsümi təkərlərdən istifadə etmələrini, yüksək sürətdən uzaq olmalarını tövsiyə edib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM