Azərbaycanın BMT-dəki daimi nümayəndəsi dəyişildi

20:04 | 11.04.2014
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi dəyişildi

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi dəyişildi

Azərbaycan prezidenti aprelin 11-də Aqşin Mehdiyevi Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi, eyni zamanda Azərbaycan Respublikasının Kuba Respublikasında, Yamaykada, Nikaraqua Respublikasında, Venesuela Bolivar Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırıb.

Digər sərəncamla Yaşar Teymur oğlu Əliyev Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.Aqşin Mehdiyev 2006-cı ildən Azərbaycanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri idi. Bu posta təyin edilənə qədər isə o, Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi işləyib.Yaşar Əliyev 1992-ci ildən Azərbaycanın BMT-dəki daimi nümayəndəliyində çalışıb, 2002-ci ilin martından nümayəndəliyə rəhbərlik edib, eyni zamanda Kubada fövqəladə və səlahiyyətli səfir olub. 2006-cı ildə ABŞ-da fövqəladə və səlahiyyətli səfir vəzifəsinə təyin edilib və 2011-ci ilin oktyabr ayına qədər həmin postda çalışıb.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti