Azərbaycanın elektroenergetikasında özəl sektor yaradılacaq

10:48 | 25.04.2014
Azərbaycanın elektroenergetikasında özəl sektor yaradılacaq

Azərbaycanın elektroenergetikasında özəl sektor yaradılacaq

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın elektroenergetikasında özəl sektorun yaradılması üçün texniki yardım təklif edib.Oxu.Az Abc.az-a istinadən bildirir ki, bankdan verilən məlumata görə, “Azərbaycan elektroenergetikasında özəl sektorun iştirakı üçün əlverişli şəraitin hazırlanması” layihəsi üçün bank 800 min dollar qrant ayırmağa hazırdır. Bu yardım Azərbaycanın elektroenergetikasında özəl sektorun iştirakı üçün potensialını qiymətləndirməyə imkan verəcək. Bu, yol xəritəsinin əlverişli, siyasi və normativ şəraitin yaradılması üzrə tövsiyələrin yaradılması və özəl sektorun Azərbaycanın energetika sektorunda iştirakı üçün pilot layihənin konsepsiyasının hazırlanması yolu ilə olacaq.  Bu sferada özəl sektorun iştirakının dəyərləndirilməsi, işgüzar mühitin daha da yaxşılaşdırılması gözlənilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM