Azərbaycanda vulkan püskürüb. Bu barədə Lent.az-a Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya İnstitutunun palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev bildirib. Onun sözlərinə görə, Qobustanın ən aktiv vulkanlarından olan Şıxzəyirli palçıq vulkanı dekabrın 20-də axşam saat 18.00 radələrində püskürüb: “Güclü püskürmə olub, alov müşahidə edilib. Geologiya İnstitutunun əməkdaşları artıq ərazidə olaraq vulkana baxış keçiriblər. Hazırda araşdırmaların nəticələri təhlil olunur”.A.Əliyev bildirib ki, Şıxzəyirli palçıq vulkanı Lökbatan vulkanından sonra Azərbaycanın ikinci ən aktiv vulkanıdır. Sonuncu dəfə vulkan 2011-ci ilin martında püskürüb. Bu, vulkanın sayca 23-cü püskürməsidir: “Əhaliyə xəbərdarlıq edilib ki, vulkanda təkrar aktivləşmə olsa, Geologiya İnstitutuna xəbər versinlər. Vulkanın yaxınlığında Şıxzəyirli kəndi yerləşir. Lakin vulkan hündürlükdə yerləşdiyindən kənd üçün hər hansı təhlükə törətmir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !