• $ 1.7
  • € 1.9767
  • ₽ 0.021982
  • ₺ 0.0399
  • £ 2.2619

Azərbaycanın Ermənistana təhvil verdiyi əsir Xocayan ölüb

Azərbaycanın Ermənistana təhvil verdiyi əsir Xocayan ölüb
21.05.2014 09:01
Bu ilin yanvarında Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılan və martda vətəninə təhvil verilən Ermənistan vətəndaşı Mamikon Xocayan ölüb. APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə,  M.Xocayanın ölüm səbəbinin müəyyənləşdirilməsi üçün onun cəsədi tibbi ekspertizaya göndərilib. Xatırladaq ki, Ermənistan vətəndaşı Xocayan Mamikon Tiqranoviç yanvar ayının 28-də Tovuz rayonunun Əlibəyli kəndi ərazisində saxlanılıb. Azərbaycan Müdafiə Nazirliyi Xocayanın silahlı və əraziyə keçən erməni diversiya qrupunun bələdçisi olduğunu açıqlayıb. Azərbaycanda saxlanıldığı müddətdə erməni əsir Mamikon Tiqranoviç Xocayana qarşı beynəlxalq normalara uyğun davranılıb. Qeyd edək ki, M.Xocayan əsir düşərkən yaralı olub. Yerində tibbi yardım göstərildikdən sonra o, Bakıya gətirilib, Azərbaycan Silahlı Qüvvələrinin Baş Kliniki Hospitalında müayinə olunub, qolundan güllə çıxarılıb, həkimlər tərəfindən ona zəruri olan bütün yardımlar göstərilib. Mamikon Xocayan martın 4-də Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində qarşı tərəfə qaytarılıb.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
Siyasət 00:05
Prezident Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib
Paşinyan İlham Əliyevə təşəkkür edib
Siyasət 22:47
Paşinyan İlham Əliyevə təşəkkür edib
Azərbaycan və Macarıstan Ətraf mühitin qorunması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb - Yenilənib
Siyasət 20:29
Azərbaycan və Macarıstan Ətraf mühitin qorunması üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb - Yenilənib
Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimi keçirilib
Siyasət 18:20
Azərbaycanın Tailanddakı səfirliyinin açılış mərasimi keçirilib
Baş nazir Türkmənistandadır
Siyasət 15:52
Baş nazir Türkmənistandadır
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Siyasət 15:11
Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
Prezident sərəncam imzalayıb
Siyasət 14:34
Prezident sərəncam imzalayıb
Ceyhun Bayramov Macarıstan prezidenti ilə görüşüb
Siyasət 14:25
Ceyhun Bayramov Macarıstan prezidenti ilə görüşüb
Prezident Qurbanqulu Berdiməhəmmədova zəng edib
Siyasət 12:29
Prezident Qurbanqulu Berdiməhəmmədova zəng edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol