Azərbaycanın hərbi hissələrində mühüm YENİLİK

14:20 | 15.04.2014
Azərbaycanın hərbi hissələrində mühüm YENİLİK

Azərbaycanın hərbi hissələrində mühüm YENİLİK

“Əsgərlərə qarşı hər hansı qanun pozuntusu olarsa, onlar ciddi şəkildə cəzalandırılacaqlar”.İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov müdafiə naziri Zakir Həsənovla görüşüb.ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Elçin Behbudovun verdiyi məlumata görə, bir saatlıq görüşdə orduda əsgər ölümləri ilə bağlı məsələlər və generalların işdən azad olunması da müzakirə olunub. “Ötən il əsgərlərin işgəncəyə məruz qalaraq öldürülmələri ilə bağlı aksiyalar keçirildi. Zakir Həsənovla görüşdüm. Bir saatdan yuxarı müzakirə apardıq. İnsan hüquqları ilə, gələcəkdə görülən işlərlə bağlı söhbət etdik”. Hərbi hissələrdə əsgərlərə qarşı vəziyyətin daha çox yeməkxanalarda, ayaqyolularında pozulduğunu deyən Komitə sədrinin sözlərinə görə, Zakir Həsənovun təyinatından sonra bu məsələlərə son qoyulub. “Əsgərlər yeməkxanalarda, ümumi ayaqyolunu təmizləməyə məcbur edilirdilər. Amma indi bu işlərlə xadimələr məşğuldur. Zakir Həsənov mənə bildirib ki, əgər zabitlər tərəfindən əsgərlərə qarşı hər hansı qanun pozuntusu olarsa, onlar ciddi şəkildə cəzalandırılacaqlar. Bu il hələ ki, Müdafiə Nazirliyinin hərbi hissələrində əsgərlərə qarşı qeyri-insani rəftarla bağlı müraciət olunmayıb”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb