“Azərbaycanın kiminsə ağzına və ya əlinə baxmağa ehtiyacı yoxdur”

16:07 | 13.05.2015
“Azərbaycanın kiminsə ağzına və ya əlinə baxmağa ehtiyacı yoxdur”

“Azərbaycanın kiminsə ağzına və ya əlinə baxmağa ehtiyacı yoxdur”

 "Başqa ölkələrdən fərqli olaraq Azərbaycan düzgün siyasət yürüdür. Azərbaycanın kiminsə ağzına və ya əlinə baxmağa ehtiyacı yoxdur.

 Ona görə də bizim ölkə ilə güc dilində danışmağa heç kimin qüvvəsi, cəsarəti çatmır. Bu da kimlərəsə pis təsir edir. Bütün təzyiqlərə baxmayaraq, heç kimə əhəmiyyət və önəm vermədən bu siyasətimizi davam etdiririk”. "Report” xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Valeh Ələsgərov parlamentdə I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan kampaniyalara həsr olunan dinləmələrdə çıxışı zamanı deyib. 

O bildirib ki, Avropa siyasətçilərinin Azərbaycan və ya başqa ölkələrlə əməkdaşlıq etmək üçün yetərli qədər platformaları var: "Hamı bilir ki, bəzi qüvvələr rəsmi şəkildə edə bilmədiklərini qeyri-rəsmi formada, ən alçaq üsullarla həyata keçirirlər. Bu da Azərbaycana olan qərəzli münasibətin göstəricisidir. Alçaqlığdan, kasıbçılıqdan başını qaldıra bilməyən dövlətlərə göstərilən münasibətlərə nəzər yetirsək görərik ki, Azərbaycan qərəzli münasibət göstərilən dövlətlərdən biridir”. 

V.Ələsgərov qeyd edib ki, Azərbaycana qarşı bu qədər kampaniyaların keçirilməsi ölkənin qüdrətli olması və inkişafı ilə bağlıdır. 

Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev vurğulayıb ki, Azərbaycan kimi gənc və yeni müstəqilliyini qazanan dövlət mötəbər idman tədbirinə ev sahibliyi edirsə, ölkəyə qarşı müəyyən kampaniyaların olması qaçılmazdır: "Burada müxtəlif amillərlə yanaşı, siyasi qısqanclıq da xüsusi rol oynayır. Təsadüfi deyil ki, son aylar Azərbaycan əleyhinə aparılan kampaniyalar daha intensiv xarakter alıb”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti