Azərbaycanın məşhur alimi dünyasını dəyişdi

00:21 | 17.01.2014
Azərbaycanın məşhur alimi dünyasını dəyişdi

Azərbaycanın məşhur alimi dünyasını dəyişdi

Tarix elmləri doktoru professor, şərqşünas alim Süleyman Əliyarlı bu gün vəfat edib.AzVision.az-ın məlumatına görə, 84 yaşında vəfat edən görkəmli alimimiz ötən ay da həyat yoldaşı Mina xanımı itirmişdi.Qeyd edək ki, S.Əliyarlı 18 dekabr 1930-cu ildə Beyləqan rayonunun Şahsevən kəndində dünyaya gəlib. O, Azərbaycan EA Tarix İnstitutu və Bakı Dövlət Universiteti 1959-cu ildən Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında çalışıb. Şərqşünas alim 150-dən çox elmi məqalə 7 monoqrafiya 8 kitab müəllifidir, 18 elmlər namizədi və 3 nəfər elmlər doktoru yetişdiribANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür