Azərbaycanın kişilərdən və qadınlardan ibarət voleybol milliləri ilk dəfə Avropa Liqasında çıxış edəcəklər.Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komandalarımız mübarizəyə iyunda başlayacaqlar.Kişilərdən ibarət yığmamız A qrupunda Polşa, Yunanıstan, Monteneqro və Rumıniya ilə birgə mübarizə aparacaq.Qadın millimiz də A qrupunda çıxış edəcək. Bir neçə gün əvvəl Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanan xanımlarımızın rəqibləri Türkiyə, Bolqarıstan və Sloveniyadır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !