"İndiyədək Azərbaycandan Gürcüstana 4, Türkiyəyə isə 30 milyard kubmetr qaz nəql edilib".ANN.Az SalamNews-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən XIII “Enerji tənzimlənməsi İnvestisiyalar üzrə” Konfransda Dövlən Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.Bu qazın “Şahdəniz” yatağından hasil edildiyini deyən vitse-prezident qeyd edib ki, yataq işlənməyə başlayandan indiyədək buradan 55 milyard kubmetr qaz, 14 milyon ton isə kondensat hasil edilib.Azərbaycanın neft qaz ehtiyatları barədə də məlumat verən Xoşbəxt Yusifzadə qeyd edib ki, hazırda təsdiq olunmuş 2 milyard ton neft, 2,55 trilyon kubmetr qaz ehtiyatımız var:“Proqnozlaşdırılan neft ehtiyatlarımız 2 milyard ton, qaz ehtiyatlarımız isə 3,45 trilyon kubmetr həcmindədir. Beləliklə, ümumi ehtiyatlar 10 milyard ton neft ekvivalenti həcmində qiymətləndirilir”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !