Azərbaycanın şimalında hərəkət çətinləşdi - VİDEO

22:30 | 09.01.2015
Azərbaycanın şimalında hərəkət çətinləşdi - VİDEO

Azərbaycanın şimalında hərəkət çətinləşdi - VİDEO

Azərbaycanda yağan qar respublikanın bəzi bölgələrində müəyyən fəsadlara yol açıb. Şimal bölgəsində də müşahidə olunan qarlı, şaxtalı hava yollarda hərəkəti məhdudlaşdırıb.

ANS TV-nin məlumatına görə, son günlər şimal bölgəsində müşahidə olunan qarlı, şaxtalı hava şəraiti yollarda problem yaradıb. Gecə saatlarında düşən şaxta, yolların buz bağlamasına səbəb olub. Bölgənin bütün magistral yolları buz bağlayıb, ən kritik vəziyyət isə Bakı-Quba-Rusiya sərhədi yolunda yaranıb. Bu səbəbdən gücləndirilmiş rejimə keçən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları nəqliyyat işçilərilə birlikdə yolda təhlükəsizlik tədbirləri apararaq əraziyə qum və duz tökülməsini sürətləndirir.

Sürücü Elşad Hacımuradovun sözlərinə görə, yoların buzlu olmasına baxmayaraq, yol polisləri buzlu yolları təmizləyir.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı İsabala Rzayev sürücüləri ehtiyatlı olmağa çağırdı: "Son üç gün ərzində hava şəraiti çox soyuqlu keçir. Biz sürücüləri belə hava şəraitində çox ehtiyatlı olmağa çağırırıq. Bu gün də biz öz köməkliyimizi göstəririk. Sürücülərə də belə hava şəraitində ehtiyatlı olmağı tövsiyə edirik”.

Bölgədə ən çox qar 13 sm olmaqla Qubanın Rustov-Təngəaltı ərazisinə düşüb. Həmçinin Qubanın dağlıq yaşayış məntəqələrində 16 dərəcə şaxta müşahidə edilib. Bu səbəbdən dağ yolları da buz bağladığından nəqliyyatın hərəkəti məhdudlaşıb. Nəqliyyat Nazirliyinin 6 saylı yol istismar idarəsinin 12 ağır qumsəpən və qartəmizləyən texnikası buz bağlamış yollara çıxarılıb.

Yol polisləri isə sürücülərə ehtiyatlı olmaqla yanaşı, imkan daxilində şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyə edir.


ANN.Az
 
 


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb