Azərbaycanın subay gəncləri üçün xoş xəbər

18:09 | 26.11.2013
Azərbaycanın subay gəncləri üçün xoş xəbər

Azərbaycanın subay gəncləri üçün xoş xəbər

“Əvvəlcə mənzil, sonra ailə qurmaq...”

Bu gün Azərbaycanda gənclər üçün ən aktual məsələlərdən biri mənzil məsələsidir, Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev hesab edir.

Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Babayev prezident İlham Əliyevin sosial ipotekanın yaradılması haqqında bir neçə fərman imzaladığını xatırladıb.

Onun sözlərinə görə, hazırda sosial ipotekanın şərtləri yaxşılaşdırılır.

“Bir müddət əvvəl daha bir zərf təklif etdik. Həmin zərfə görə sosial ipotekanı (faiz dərəcələri xeyli aşağı olan – red.) təkcə gənc ailələrə deyil, subaylara da verəcəklər. Belə ki, tədbirlərdə tez-tez gənc insanlar “əvvəlcə mənzil, sonra ailə qurmaq...” məsələsini qaldırırlar”, - deyə, o bildirib və vurğulayıb ki, gələcəkdə ipoteka kreditləşdirməsi sahəsi daha da təkmilləşdiriləcək. 

www.oxu.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti