Azərbaycanın tanınmış şairi ölüm ayağında

10:52 | 11.12.2013
Azərbaycanın tanınmış şairi ölüm ayağında

Azərbaycanın tanınmış şairi ölüm ayağında

Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Adil Mirseyid ölüm ayağındadır.Bu barədə "Azxeber.com”a açıqlamasında şairin oğlu Ayaz Baxışov deyib: "2011-ci ilin sentyabr ayında atam getdikcə arıqlamağa başladı və yorğan-döşəyə düşdü. Həkimlər artıq gecikdiyimizi və atamın qaraciyər serrozundan əziyyət çəkdiyini dedilər. İndi də yataqda yatır. Hər 3 aydan bir müalicə alan zaman vəziyyəti nisbətən düzəlir. Artıq imkanımız tükənib. Həkimlər müalicənin şərt olduğunu deyirlər. Atamı müalicə etdirmək üçün pul tapa bilmirik, bizə kömək lazımdır”.Adil Mirseyid düşdüyü ağır vəziyyətdən çıxış üçün Heydər Əliyev Fonduna və digər müvafiq dövlət qurumlarına səslənərək yardım istəyib.Qeyd edək ki, Adil Mirseyid "Güzgüdəki adam", "Bulud Adam", "Nəğmə Adam", "Vernisaj şeirlər", "Hardan baxsan görünən adam", "Ay Suvarisi" kitablarının müəllifidir.O, Rəsul Rza mükafatının laureatıdır. "Vektor" Beynəlxalq Elm Mərkəzinin fəxri doktoru adına, Gümüş Arzu Türk Ədəbiyyatına xidmət ödülünə, Bahar Simpadisi ödüllərinə layiq görülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM