Azərbaycanın Türkiyə ilə bağlı viza dəyişikliyi qalmaqal yaratdı

16:18 | 02.09.2014
Azərbaycanın bugündən etibarən 1 illik və çox girişli vizanı ləğv edərək, əvəzində tək səfərlik viza tətbiq etməsi Türkiyədə etiraza səbəb olub. ANN.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Beynəlxalq Nəqliyyatçılar Dərnəyi (UND) İdarə heyəti sədri Fatih Şener prezident Ərdoğanın Bakıya səfər etdiyi gündə bu qanunun tətbiqini şanssızlıq kimi dəyərləndirib. F.Şener yeni qaydaların Türkiyənin  500 milyard dollarlıq ixracatına zərər verəcəyini açıqlayıb:“Cənab prezidentimizin bizim üçün inanılmaz bir addım olan Rusiya vizasını qaldırdığı kimi bu səfərində də Azərbaycanla olan vizanı qaldırmasını istəyirik”.Məlumatda qeyd olunur ki, Türkiyə Azərbaycan vətəndaşlarına 30 gün ərzində ölkəsinzə vizasız giriş imkanı verdiyi halda, bu günə qədər Türkiyə vətəndaşlarından ildə bir dəfə viza alan Azərbaycan sentyabrın 1-dən etibarən qaydaları daha da sərtləşdirib. Belə ki, yeni qaydalarla türk sürücülər bir ayda ən azı 3 dəfə viza almalı olacaqlar. Bununla da Türk sürücülər Azərbaycana ay ərzində ortalama 3 dəfə səfər etməli olsalar, bunun üçün ildə ən azı 40 dəfə viza almalı olacaqlar.Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında sadələşdirilmiş viza dünəndən qüvvəyə minib və yeni vizanın qiyməti 35 avrodur.ANN.Az

Xəbər lenti