Azərbaycan Silahlı Qüvvələrinin Türkiyədəki hərbi attaşesi dəyişdirilib.APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, hərbi attaşe, polkovnik Tofiq Qasımov vəzifəsindən azad edilib. Onun yerinə isə Silahlı Qüvvələrin zabiti, polkovnik İlqar İbrahimov təyin edilib. Faktı Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər. Qeyd edək ki, polkovnik Tofiq Qasımov 2012-ci ildə Türkiyəyə hərbi attaşe təyin olunub. Bundan əvvəl o, Azərbaycan Silahlı Qüvvələrinin Ukraynadakı hərbi attaşesi və Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifələrində çalışıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !