Azərbaycanın yollarında vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA

11:29 | 03.02.2014
Azərbaycanın yollarında vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA

Azərbaycanın yollarında vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda bütün magistral avtomobil yolları açıqdır və nəqliyyatın hərəkətində heç bir məhdudiyyət yoxdur.Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.K.Əliyev deyib ki, fevralın 1-dən 3-dək Azərbaycanda hökm sürən qeyri-sabit hava şəraiti zamanı 9 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 13 nəfər xəsarət alıb. Sevindirici haldır ki, bu hadisələr zamanı ölən olmayıb.Qeyd edək ki, qar və çovğunun müşahidə olunduğu yanvarın 30-dan fevralın 1-dək olan dövrdə respublikanın avtomobil yollarında 23 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar zamanı 8 nəfər ölüb, 27 nəfər isə yaralanıb.Xatırladaq ki, yanvarın 30-u axşamdan başlayaraq Azərbaycanda qeyri-sabit hava şəraiti hökm sürür.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM