Aliyə İsmayılzadə
İyul. Yayın ortası – mağazalarda mövsümü malların, əsasən paltarların satış dövrüdür. Vitrinlər cənnət həzzi təklif edən maraqlı əmtəələrlə doludur, 50%-dən 80%-ə qədər "ağlagəlməz endirimlər”lə mallar təklif edilir, həvəsə gələn alıcılar özlərinə lazım olan, olmayan - "bəlkə gələcəkdə lazım oldu” fərziyyəsiylə əllərinə keçəni alırlar.
Çox güman, istənilən birimiz nə vaxtsa "endirim qızdırmasına” yoluxmuşuq, aldığımız iri torbaları açıb, içindəkiləri yatağın üzərinə tökəndə öz-özümüzə düşünmüşük, bu nədi belə, bunlar mənə dorğudanmı lazımdır?
Axı, mallar yarı qiymətinə satılırsa, onları almaq qənaət baxımından düzgün seçim olmalıdır.
Ancaq Azərbaycan reallığında hər şey elə də sadə deyil.
Son günlər sosial şəbəkələrdə paytaxtın məşhur mağazalarındakı vəziyyəti əks etdirən video-rolik fırlanır, videonu bir qız çəkib. Təklif edilən endirimlərə görə sevinən qız, nəhayətdə qiymətlərin heç də əvvəlkindən fərqlənmədiyini anlayıb və qiymətlərə daha dərindən nəzər salmaq qərarına gəlib.
Əvvəlcə qiyməti 19.95 avro olan əmtəə, nəyə görəsə bizdə 35 manata satışa çıxarılıb. Amma bu hələ hamısı deyil. Söz verilən 30-50% "endirim”dən sonra bu əmtəənin qiyməti nə qədər olsa, yaxşıdır?.. 29 manat. Amma yeni qiymət yapışdırılan kağızın altına diqqətlə baxsaz, orda da başqa bir qiyməti görəcəksiz – 39 manat.
Beləliklə, hansısa bir avropalının endirimsiz 19.95 avroya ala biləcəyi əmtəəni Azərbaycanda biz 29 manata almalıyıq, özü də hələ endirimlə.
Qiymət kağızındakı rəqəmlərin kassadakı rəqəmlərlə uyğun gəlmədiyi hallar da olur. Belə dəhşətli faktla mən çox uzun zaman öncə deyil, məhz bu günlərdə rastlaşmışam.
Bakının ən adlı-sanlı ticarət mərkəzlərindən birindəki qadın alt paltarları və ev paltarları mağazasına daxil olanda, 20%-dən 90%-ə qədər olan endirimlər diqqətimi cəlb etdi.
Bir neçə şeyə baxdıqdan sonra, kifayət qədər münasib qiymətlərlə 10.50 manatlıq ev şalvarını və 12.40 manatlıq yol kosmetiçkasını götürüb, kassaya doğru irəlilədim.
Kassada 20 dəqiqə gözləməli oldum. Satıcı mənə dedi ki, "sistem yüklənib”. Sistem nəhayət ki, özünə gələndə, satıcı mənim aldığım malları kassaya vuranda, mən beynimdə aldığım yeni şalvardan, kremlərdən və yeni kosmetiçkadan necə istifadə edəcəyimi fikirləşirdim. Ancaq təəssüflər olsun ki, mənim arzularımın hamısı tezliklə suya düşdü.
"Sizdə 66 manat edir, xanım” – satıcı sevincək mənə dedi. Bir anlıq təntiyəndən sonra, mən təbii ki, təəccüblə sual verdim, aldığım 22.90 qəpiklik mal niyə 66 manat etməlidir ki?
"Sistemdə endirim yoxdur, xanım”, - qız dedi, - "kağızlardakı qiymətlərə fikir verməyin xanım, orda düz yazılamayıb. Ya 66 manat ödəyin, ya da almayın”. Cavabın aydınlığı məni o qədər heyrətləndirdi ki, mən sadəcə dükandan çıxdım, heç ağlıma da gəlmədi ki, alıcının hüquqları deyə bir şey var, mən aldığım əmtəə üçün qiymət kağızında yazılan qiymətə uyğun pul ödəməliyəm.
Artıq çoxdandır ki, yerli mağazalarda alıcıları aldatmaqdan ötrü belə təcrübələrdən istifadə edilir, bu proses xüsusilə dövrü mövsümü satışlarda daha da fəallaşır – axı çox az adam endirimlərə qədər əmtəələrin hansı qiymətə satıldığını bilir.
Mağazaların sahibləri satış qiymətlərini elan etməzdən öncə, həyasızcasına qiymətləri süni şəkildə 30-40% qaldırır, sonra isə yeni qiymətlərə uyğun 50-60% endirimlər edirlər.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Bakının mərkəzindəki məşhur mağazalara baş çəkəndə, mən bu sxemin işlədiyini fərq etdim. Məsələn, mənim az qalsın 59 manata almaq fikrində olduğum cins şalvar, bu dəfə 50% endirimlə nədənsə 38 manata idi. Qiymət kağızının altında göstərilən qiymət isə guya əvvəl 77 manat olub.
Yerli mağazalardakı qiymətlərin Türkiyədəki və Avropadakı qiymətlərdən 2 dəfə baha olmasıyla biz artıq çoxdan barışmışıq, ancaq alıcıları satışda bir daha aldatmaq nə deməkdir?
Bizim bəzi vətəndaşlar yerli və çox orijinal binez üsullarını artıq əxz ediblər və səyahət zamanı alış-veriş etməklə çox ağıllı iş görürlər – onlar bilirlər ki, səyahət etdikləri Gürcüstan, Türkiyə kimi ölkələrdə onları səfeh yerinə qoyan yoxdur, onlar müqayisədə daha az pul xərcləməklə, hətta bütün ailə üzvləri üçün alış-veriş edə bilərlər.
Daha ayıqları isə kiminsə onları aldatmaq istədiyini fərq edəndə, dərhal baş verən faktla bağlı şirkətlərin əsas ofisinə şikayət edirlər. Necə deyərlər, yerindəcə və isti-isti. Problem çox zaman yoluna düşür, ən azından indilik.
Yada salmaq lazımdır ki, qiymətlərin belə süni surətdə qaldırılması və alıcılıların açıq surətdə oğurluğa məruz qalması iqtisadiyyatın möhkəmlənməsinə heç də yaxşı təsir göstərmir, o cümlədən bu, turizmin inkişafına da töhfə vermir.
Mən çox ümid edirəm ki, nə vaxtsa, hansısa parlaq gələcəkdə yerli mağazaların sahibləri insanları aldatmaqdan əl çəkəcəklər, bizim vətəndaşlarımız isə hansısa xarici ölkəyə turist kimi səfər edəndə, ticarət mərkəzlərinə cumub bir illik paltar alış-verişi etmək əvəzinə, gəldikləri ölkənin diqqətəlayiq və maraqlı məkanlarını gəzib dolaşacaq, maraqlı vaxt keçirəcəklər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !