Ölkəmizin aparıcı universitetləri ilə əməkdaşlıq edən, ali təhsil
mərkəzlərinin maddi-texniki bazasının zənginləşdirilməsinə yardım göstərən
"Azercell Telekom” MMC mütəmadi olaraq gəncləri maraqlandıran sahələr üzrə
master-klasslar keçirir.
Anews.az xəbər verir ki, növbəti belə tədbir ADA
Universitetinin tələbələri üçün təşkil olunub. Azercell-in Baş Ofisində keçirilən
master-klassda ADA Universitetinin
sonuncu kurs tələbələri iştirak edib.
Azercell-in İstehlakçı Seqment Biznes Strukturu, "CRM”
bölümünün rəhbəri Emil Əmirov, İstehlakçı Seqment Biznes Strukturu, Biznesin təhlili
bölümünün aparıcı mütəxəssisi Zaur Hüseynov və Korporativ Seqment Biznes Strukturu,
Məhsul və Xidmətlər bölümünün mütəxəssisi Rüfət Qafarov tələbələrlə görüşərək,
məhsulun yaradılması, biznes təhlili və analizi kimi vacib mövzularla bağlı öz
zəngin təcrübələrini bölüşüblər. Həmçinin İnsan Qaynaqları departamentinin
mütəxəssisləri tərəfindən iştirakçılara gənclərin
peşəkar və fərdi fəaliyyətini dəstəkləmək məqsədilə yaradılan yeni
"Azercell-Lab"- ödənişli təcrübə proqramının başlanması ilə bağlı məlumat
təqdim olunub. Belə ki, Azercell iyul ayının 1-dən etibarən bakalavr və magistr
tələbələri, həmçinin bakalavr və magistr dərəcələrində ali təhsillərini artıq
tamamlamış gənclərə "İT-Lab" və "Biznes-Lab"
inkubasiya mərkəzləri vasitəsilə peşəkar
mühitdə karyera qurmaq imkanları, şirkət tərəfindən həyata keçirilən
layihələrdə iştirak və əvəzolunmaz təcrübə qazanmaq fürsətləri yaradır. Məruzəçilər
sonda iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !