• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

“AZERCELL CUP 2024” müsabiqəsinə start verilir!

“AZERCELL CUP 2024” müsabiqəsinə start verilir!
14.05.2024 17:34
Lider mobil operator 6-7-ci sinif şagirdlərini İnformatika və Proqramlaşdırma Müsabiqəsində iştirak etməyə dəvət edir  

"Azercell Telekom” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində növbəti "AZERCELL CUP” müsabiqəsini elan edir.  Məktəblilərin informatika və kompüter elmləri sahəsində inkişafının dəstəklənməsi məqsədi daşıyan müsabiqədə 6-7-ci sinif şagirdləri iştirak edəcək. 

Müsabiqəyə qeydiyyat https://azercellcup.org saytı üzərindən 15-19 may tarixlərində təşkil olunacaq. Üç mərhələdən ibarət müsabiqənin birinci turu 20 may saat 10:00-18:00 arasında keçiriləcək.

Şagirdlərin yarış mühiti ilə tanışlığını təmin etmək üçün 15-19 may tarixlərində əvvəlki illərin sualları əsasında sınaq imtahanı keçiriləcək. Qeydiyyatdan keçənlər sınaq imtahanında iştirak edə bilərlər. Sınaq imtahanının nəticəsi əsas yarışa təsir etmir, sadəcə təcrübə toplamaq məqsədi ilə təşkil edilir. 
Müsabiqədə 2000 şagirdin iştirakı nəzərdə tutulub. Yarışın sonunda 24 nəfər qalib elan ediləcək. Qaliblər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə cəlb olunacaqlar.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgələrindən və paytaxt məktəblərindən olan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal qazanıblar.
Rəqəmsal gələcəyi birlikdə proqramlaşdıraq!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
4 ayda 33 mindən çox avtomobil idxal edilib
İqtisadiyyat 09:56
4 ayda 33 mindən çox avtomobil idxal edilib
Azərbaycan neftinin qiyməti 67 dolları keçib
İqtisadiyyat 09:41
Azərbaycan neftinin qiyməti 67 dolları keçib
Avro və rubl artıb - Məzənnə
İqtisadiyyat 09:16
Avro və rubl artıb - Məzənnə
Azərbaycanda banan bahalaşa bilər
İqtisadiyyat 08:35
Azərbaycanda banan bahalaşa bilər
Rusiya Çinə neft tədarükünü artıra bilər
İqtisadiyyat 07:48
Rusiya Çinə neft tədarükünü artıra bilər
TAP AG 2026-cı ilə qədər qaz kəmərinin emissiyalarını 5 % azaldacaq
İqtisadiyyat 17:20
TAP AG 2026-cı ilə qədər qaz kəmərinin emissiyalarını 5 % azaldacaq
Bu il Azərbaycana 260 mindən çox smartfon idxal edilib
İqtisadiyyat 16:42
Bu il Azərbaycana 260 mindən çox smartfon idxal edilib
Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi
İqtisadiyyat 15:37
Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi
İnvestisiya imkanı artıq Yelo App-də!
İqtisadiyyat 15:09
İnvestisiya imkanı artıq Yelo App-də!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol