İnformatika və Proqramlaşdırma yarışında müsbət nəticə göstərən şagirdlər növbəti tura vəsiqə qazanıb
"Azercell Telekom” MMC-nin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıqda 19 noyabr 2022-ci il tarixində təşkil etdiyi proqramlaşdırma üzrə "AZERCELL CUP” müsabiqəsinin birinci mərhələsi yekunlaşıb. Nəticələrə əsasən 200 və daha artıq bal toplayan şagirdlər növbəti turda iştirak etmək hüququ qazanıblar. Qeyd edək ki, "AZERCELL CUP" informatika və kompüter elmləri sahəsində məktəb təhsilinin dəstəklənməsi, həmçinin məktəblilərin alqoritmik düşünmə qabiliyyətinin inkişafı məqsədi ilə keçirilir.
Yüksək nəticələr göstərən iştirakçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq proqramlarında iştirak etmək imkanı qazanacaqlar.
Ölkənin lider mobil operatoru 2017-ci ildən etibarən informatika fənni üzrə olimpiadalara hazırlıq prosesində məktəblilərə dəstək olur, gəncləri kompüter mühəndisliyi və proqramlaşdırma sahəsinə cəlb etməklə texnoloji gələcəyin qurulmasına töhfə verir
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !