Azercell-dən fakturalı xətt abunəçilərinə xüsusi “Yeni il” kampaniyası

14:04 | 17.12.2015
Azercell-dən fakturalı xətt abunəçilərinə xüsusi “Yeni il” kampaniyası

Azercell-dən fakturalı xətt abunəçilərinə xüsusi “Yeni il” kampaniyası

Azərbaycan rabitə bazarının lider mobil operatoru Azercell Telekom yeni il ərəfəsində abunəçilərinə sərfəli kampaniyalar təqdim etməkdə davam edir. 

Şirkət 16 Dekabr 2015-ci il tarixindən etibarən fakturalı xətt abunəçiləri üçün xüsusi "Yeni İl” kampaniyasına başlayır. Kampaniya çərçivəsində bütün mövcud və mobil nömrə daşıma xidməti ilə Azercell şəbəkəsinə keçən fakturalı xətt abunəçiləri çox sərfəli qiymətlərlə iPhone 6 və iPhone 6+ telefonu əldə edə bilər. Kampaniyadan yararlanmaq üçün abunəçilər Azercell diler şəbəkələrindən və Azercell Ekspress Ofislərindən güzəştli şərtlərlə "Hədsiz” tarifinə qoşulub iPhone 6 (16 GB), iPhone 6 (64 GB) və iPhone 6+ (64 GB) telefonu almalıdırlar. Abunəçi bu telefonları əldə etdikdən sonra 18 faktura dövrü ərzində müvafiq olaraq 99 AZN, 109 AZN və 119 AZN alylıq abunə haqqı odəməli olacaq. Kampaniyaya qoşulma dərhal baş verir və "Hədsiz” tarif paketi növbəti gündən aktivləşdirilir. Abunəçi kampaniyadan yalnız öz nömrəsi ilə yararlana bilər. Bir abunəçi kampaniya çərçivəsində yalnız bir telefon əldə edə bilər. Kampaniya çərçivəsində bir nömrəyə yalnız bir IMEI tətbiq etmək mümkün olacaq.

Azercell-in 4,5 milyonluq abunəçi ailəsinə qoşulmaqla, siz də şirkətin təqdim etdiyi kampaniyalardan yararlanmaq imkanı qazanın! Həm özünüzə, həm də sevdiklərinizə bayram hədiyyəsi edin.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti