Ölkənin telekom bazarında ən sərfəli təkliflər
ilə seçilməyi hədəfləyən "Azercell Telekom” MMC, internet və danışıq xidmətlərində
yeni imkanlar yaratmağa davam edir. Şirkət oktyabr ayının 10-dan başlayaraq,
"Özəl tarifli gözəl nömrələr” kampaniyasını təqdim edir. Azercell
rəqəmsal dünyanın bir çox imkanlarını özündə birləşdirən GəncOL6, Sərbəst10, Sərbəst15 tarif
paketlərinin birinə qoşulmaqla, fakturasız xətt sisteminə aid gözəl nömrəni
ən əlverişli şərtlər ilə əldə etmək üçün əvəzolunmaz fürsət yaradır. Şirkət
müştərilərin seçdiyi gözəl nömrədən asılı olaraq, GəncOL6, Sərbəst10 və ya Sərbəst 15 tarif paketlərindən 6
və ya 12 ay ərzində pulsuz yararlanmaq üçün müstəsna imkan təklif edir. Kampaniya çərçivəsində təqdim edilən nömrələrin siyahısı
ilə www.azercellim.com saytında tanış olmaq mümkündür. Təklifdən yararlanmaq
üçün Azercell rəsmi diler dükanlarına müraciət etmək kifayətdir.
Azercell-dən yaddaqalan gözəl nömrəni ən sərfəli
şərtlər ilə əldə etmək fürsətini qaçırmayın!
Sərbəst tarifləri haqqında ətraflı məlumat üçün https://www.azercell.com/az/personal/tariffs/prepaid/serbest/ səhifəsinə daxil olun
GəncOL6 tarifi haqqında ətraflı məlumat üçün http://www.gencol.az/ səhifəsinə daxil olun
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !