"Azercell Telekom” MMC yeni "Samsung
smartfonları” kampaniyası çərçivəsində abunəçilərə 12 aylıq 1GB internet paketi hədiyyə edir
Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru "Azercell
Telekom” MMC ən son model smartfonları
daha da əlçatan etmək məqsədilə, abunəçilərə xüsusi şərtlər ilə yeni kampaniya
təqdim edir. Ən sərfəli təkliflərlə seçilməyi hədəfləyən şirkət müştərilərin
qarşısına Azercell-in innovativ xidmətləri və Samsung brendinin
etibarlılığını özündə cəmləşdirən yeni "Samsung smartfonları” kampaniyası ilə
çıxır. 07.11.2019-15.01.2020 tarixləri ərzində Azercell-in Eksklüziv mağazaları
və ya rəsmi diler dükanlarında A
seriyalı Samsung smartfonu və yeni Azercell nömrəsi əldə etməklə, hər bir abunəçi
12 ay boyunca 1GB internet paketindən pulsuz yararlanmaq üçün əvəzolunmaz
fürsət qazanacaq.
Kampaniya haqqında ətraflı məlumatla https://www.azercell.com/az/personal/campaigns/monthly/samsung_a/ səhifəsindən tanış olun.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !