Azərbaycanın rəqəmsal
həllər təqdim edən lider mobil operatoru Azercell ölkəmizdə təhsil səviyyəsinin
artırılması, gənclərin fərdi və peşəkar inkişafı üçün yeni imkanların
yaradılması istiqamətində həyata keçirilən önəmli tədbirlərə hər zaman dəstək olur. 41
ölkədə 350 min gənci birləşdirən və Avropanın ən böyük tələbə assosiasiyalarından
biri olan Erasmus Tələbə Şəbəkəsinin (ETŞ) Cənubi-Şərqi Avropa Platformasının
noyabr ayının 3-də, ADA Universitetində baş tutan bağlanış mərasimi bu
tədbirlər sırasındadır. 10 ölkədən təşrif buyuran 70 iştirakçı ETŞ-nin
beynəlxalq bölməsindən olan
təlimçilərin keçirdiyi sessiyalara qatılıb. Tədbirin rəqəmsal tərəfdaşı olan
Azercell tərəfindən qonaqlara ödənişsiz mobil nömrə və internet paketləri
təqdim edilib.
Azercell ilə yanaşı, "Zeytun Bağları", "Rabitəbank", "Azərbaycan Turizm Bürosu", "Responsible Party" və "AGL” tədbirin sponsorları və tərəfdaşları sırasında yer alıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !