Fəaliyyəti boyu Azərbaycanın mədəni
irsinin qorunub saxlanmasına yönəlik təşəbbüs və layihələrə xüsusi önəm verən
Azercell Telekom bu ilin əsas mədəniyyət hadisəsinə də öz rəqəmsal töhfəsini qatır.
Bildiyimiz kimi, ən görkəmli şairlərimizdən
biri olan İmadəddin Nəsiminin 650 illik yubileyi şərəfinə Azərbaycan
Respublikası Prezidentinin rəsmi sərəncamına əsasən 2019-cu il ölkəmizdə "Nəsimi ili” elan edilib. Dahi Nəsimini xarici
oxuculara da daha yaxından tanıtmaq, onun yaradıcılığını müasir mütaliə vasitələri
ilə təbliğ etmək məqsədi ilə şairin qəzəlləri üç dildə səsləndirilərək
"Bookmate” proqramının "Audiobook” ("Audio Kitab”) bölümünə yüklənilib. Artıq
Azercell-in təqdim etdiyi "Bookmate” mobil tətbiqindən istifadə edən hər kəs dil
daşıyıcıları tərəfindən səsləndirililən Nəsimi irsindən zövq ala bilər. Qey edək ki, şairin irsindən münunələr Teymur
Nəcəfzadənin rəhbərlik etdiyi "Kolorit” yaradıcılıq emalatxanasının dəstəyi ilə
yazıya alınaraq mobil əlavəyə yüklənib.
Azercell Telekom yeni audio-toplunun ərsəyə
gəlməsi münasibətilə ”Bakı Kitab Mərkəzin”-də xalq yazıçı Anarın, əməkdar
artist Sevda Ələkbərzadə kimi görkəmli incəsənət xadimlərinin, Türkiyənin ölkəmizdəki
səfiri Erkan Özoralın, Rusiyanın səfiri M.N. Boçarnikovun, Hollandiyanın səfiri
Onno Kerversin, Moldovanın səfiri George Leuka kimi ölkəmizdə fəaliyyət göstərən
diplomatik korpus rəhbərlərinin, eləcə də, nüfuzlu biznes strukturlarının
iştirakı ilə "İki cahan” adlı xüsusi tədbir də təşkil edib. Tədbirdə Nəsiminin
qəzəlləri müxtəlif dillərdə səsləndirilib, "Sığmazam” şeiri üzərinə hazırlanmış
pantomima və şairin yaradıcılığına həsr olunmuş "İki cahan" videosu
nümayiş etdirilib. Məlumat üçün bildirək ki, Azercell-in güzəştli qiymətlə təqdim
etdiyi "Bookmate” mobil kitabxanası minlərlə kitabı elektron cihaz üzərindən
oxumaq imkanı yaradır. "Bookmate” mobil kitabxanasına aylıq cəmi 3,50 AZN
ödəməklə, oxucular yalnız xarici ədəbiyyatla deyil, azərbaycanlı müəlliflərin
əsərləri ilə də tanış ola bilirlər. Xidmət haqqında ətraflı məlumat və qoşulma
qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.
Qeyd edək ki, Azercell gələcəkdə də davamlı şəkildə həm Azərbaycan, həm də dünyanın ədəbiyyat və incəsənət nümunələrini əlçatan etmək istiqamətində yeni rəqəmsal həllər təqdim edəcək.
Daha ətraflı
məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
Azərbaycanın
mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi
və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilmişdir. Hazırda
4,9 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə
dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə
əhatə dairəsi: 99,8% təşkil edir. Ölkəyə bir sıra yenilikləri ilk
dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi,
mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri,
Azercell Ekspres ofisləri, M2M, 4G texnologiyası, mobil və onlayn müştəri xidmətləri,
sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan
İmza” və s. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil
olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə
keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq
sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in
4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər
nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn
People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !