Abunəçilərinə ən yaxşı müştəri
təcrübəsi yaşatmaq üçün "Azercell Telekom” MMC öz xidmətlərini təkmilləşdirməyə və ən son dünya trendlərinə
uyğun məhsullarla istifadəçilərini sevindirməyə davam edir. Ölkənin rəqəmsal həllər təqdim
edən lider mobil operatoru Azercell, Azərbaycanın aparıcı korporativ
bankı olan PAŞA Bankla birgə reallaşdırdığı kampaniya vasitəsilə abunəçilərinə
Rominq xidməti çərçivəsində əlavə millər qazanmaq imkan yaradır. Belə ki, cari
ilin noyabr ayının 1-dən 2020-ci il, yanvar ayının 31-dək PAŞA Bankın
"Miles&Smiles” kartının sahibi olan Azercell abunəçiləri Rominq xidməti
çərçivəsində mobil xərclər üzrə ödədikləri hər 1 AZN-ə görə 5 mil əldə edəcəklər.
Vurğulayaq ki, Azercell 54 ölkədə fəaliyyət göstərən 80-dan çox operatorun şəbəkəsində 4 fərqli Rominq İnternet Paketlərini istifadəyə verməklə, abunəçilərini gözlənilməyən xərclərdən sığortalanmaq imkanı ilə təmin etmiş olub.
PAŞA Bankın "Miles&Smiles” kartı haqqında ətraflı məlumat üçün https://miles.pashabank.az/ səhifəsinə daxil olun.
Azercell-in Rominq İnternet Paketləri barədə ətraflı məlumatla https://www.azercell.com/az/personal/roaming/internetroaming/ səhifəsindən tanış olmaq mümkündür.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !