• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib

Azercell-in Telefon Mərkəzi ilk yarım ildə 3 milyon zəng qəbul edib
09.07.2024 17:30
"Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalan lider mobil operator daxil olan müraciətləri operativ və effektiv şəkildə cavablandırmağa və müştərilərə əlçatan olmağa davam edir

2024-cü ilin ilk yarısında Azercell-in Telefon Mərkəzi 3 milyon zəng qəbul edib. Daxil olan müraciətlər ortalama 2 dəqiqə 30 saniyə ərzində cavablandırılıb. Bu da qəbul edilmiş beynəlxalq standart - 6-7 dəqiqə ilə müqayisədə yüksək göstəricidir. Zənglərin məzmunu internet paketləri, nömrə ilə bağlı əməliyyatlar, tarif və müştərək xidmətlərə dair məlumatlar, balans və ödəmə məsələləri ilə əlaqədar olub.


Qeyd olunan müddətdə Azercell-in Onlayn Müştəri Xidmətlərinə 450 minə yaxın müraciət  daxil olub. Lider mobil operatorun rəsmi "Facebook”, "Instagram”, "Linkedin”, "Twitter” və "YouTube” səhifələri üzərindən isə 256 minə yaxın müraciət cavablandırılıb.


Xatırladaq ki, Azercell ölkədə 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzini və Onlayn Müştəri Xidmətlərini təklif edən ilk mobil operatordur.  


Ötən ilin noyabr ayında Azərbaycan dilində tam spektr xidmət göstərməyə başlayan süni zəka əsaslı ilk virtual assistent "Aicell” də artıq müştəri məmnuniyyətini qazanıb. Abunəçiləri Telefon Mərkəzinə yönləndirmədən bir çox servisi dərhal özü həyata keçirən "AiCell” zənglərin 11%-ni  cavablandırıb. Öz növbəsində Mərkəzə müraciət etmiş müştərilərin 72%-i suallarının cavablandırılması üçün "Aicell”i tərcih ediblər və bot abunəçilərin istəklərini 95% tam düzgün şəkildə anlayaraq onlara müvafiq xidmət göstərib. Hazırda 10 istiqamətdə xidmət göstərən "Aicell” məlumatlandırma, aktivləşdirmə və deaktivləşdirmə ilə yanaşı, həm də abunəçilərə diaqnostika xidmətləri göstərir. 


2024-cü ilin ilk yarım ilində Azercell-in Telefon Mərkəzinin müştəri məmnuniyyəti indeksi  qəbul edilmiş beynəlxalq standartı (85%) keçərək yüksək göstəriciyə - 95%-ə çatıb.


Telefon Mərkəzi bu ildən etibarən həm də təklif etdiyi xidmətlərin siyahısını genişləndirərək xidmət satışını da həyata keçirməyə başlayıb. 


Azercell-in təqdim etdiyi xidmətin yüksək keyfiyyətinin daha bir göstəricisi lider mobil operatorun əldə etdiyi beynəlxalq uyğunluq sertifikatıdır. Cari ilin mart ayında "TÜV Austria Azərbaycan” MMC tərəfindən həyata keçirilən keyfiyyət auditinin nəticəsi olaraq, Azercell ISO 10002:2018 (Keyfiyyətin idarə olunması — Müştəri məmnuniyyəti – Müəssisələrdə şikayətlərə baxılmasına dair təlimatlar) beynəlxalq standartına uyğunluq sertifikatına layiq görülüb. Uyğunluq sertifikatı müştərilər tərəfindən irəli sürülən təklif və şərhlərin diqqətlə araşdırılmasını, eləcə də şikayətlərə baxılması prosesinin davamlı təhlilini təmin edən şirkətlərə verilir.


7/24 abunəçilərin sorğularını qəbul edən Azercell-in Telefon Mərkəzinə *1111 qısa nömrəsi, eləcə də (012) 4904949 (Fakturasız Xətt abunəçiləri üçün) və (012) 4905252 (Fakturalı Xətt abunəçiləri üçün) şəhər nömrələri vasitəsilə müraciət etmək mümkündür.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
Cəmiyyət 16:02
Binəqədidə iki azyaşlı qızın ölümü qeydə alınıb
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Cəmiyyət 15:44
“Tam Store”da məhsul rəfdə göstərilən qiymətdən baha satılıb
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Cəmiyyət 15:27
Azercell-də “Super Cümə”: seçilmiş cihazlara 60%-dək endirim!
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
Cəmiyyət 15:10
Müştərilərə yanlış məlumat verən “Deluxe City Hotel” cərimələnib
23 məktəbə direktor təyinatı olub
Cəmiyyət 13:02
23 məktəbə direktor təyinatı olub
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Cəmiyyət 12:46
Şəkidə qadın dəfn edilib, ailəsi isə ölüm haqqında şəhadətnamə ala bilmir
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Cəmiyyət 12:19
Azərbaycanda qadınlar kişilərdən daha çox savadsızdır - regional statistika
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:06
Sabahın hava proqnozu açıqlanıb
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Cəmiyyət 11:26
İmişli və Saatlının 8 kəndində qaz təchizatı dayandırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol