Ölkədə
kibertəhlükəsizlik sahəsində maarifləndirmə
səviyyəsinin artırılmasını hədəfləyərək Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin təşkilatçılığı, "Azercell Telekom” MMC, "Kaspersky” şirkətinin
dəstəyi ilə ümumi təhsil müəssisələrinin informatika müəllimləri üçün xüsusi
təlim keçirilib. Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının
Tətbiqi və Tədrisi Mərkəzində baş tutan təlimə video-konfrans vasitəsilə
Şamaxı, Gəncə, Mingəçevir, Lənkəran, Bərdə və Qəbələ kimi regionlardan
müəllimlər qoşularaq, sosial şəbəkələrdən təhlükəsiz istifadə qaydaları, uşaq
və yeniyetmələrin üzləşdiyi kibertəhdidlər və onlardan müdafiə üsulları ilə
yaxından tanış olublar. Təlimdə 70 ümumi
təhsil müəssisəsinin 100 informatika müəllimi iştirak edib.
Qeyd edək ki, virtual dünyada uşaqların təhlükəsizliyinin
təmin edilməsini prioritet hesab edən Azercell şirkəti, 2018-2019-cu illər ərzində
ölkəminiz müxtəlif bölgələrini əhatə edərək, təhsil müəssisələrində uşaqlar,
valideynləri və müəllimlər üçün "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq”
mövzusunda təlimlər təşkil edib.
Təkcə son 1 il ərzində 588 şagird, 78 müəllim
və 76 valideyn kibertəhlükəsizlik mövzusunda maarrifləndirilib. Azercell-in təşəbbüsü
və təşkilatçılığı ilə keçirilən bu təlimlərdə "Azərbaycan Müəllim İnkişafı Mərkəzi”nin
mütəxəssisləri tərəfindən uşaqlara internetdəki təhlükəli oyunlar, ekstremizm
çağırışları, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti kimi mövzulardan bəhs edilib. Müəllim və valideynlər
isə, öz növbələrində, qurğuların kibertəhlükələrdən mühafizəsi, login və
parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları, uşaqlar üçün
yaradılmış təhlükəsiz resursların siyahıları və internetdən təhlükəsiz istifadənin
əsaslarını öyrədən materiallar ilə tanış olublar.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !