Ölkənin lider mobil operatoru "Azercell Telekom” MMC abunəçilərinə ən yaxşı müştəri təcrübəsi yaşatmaq istiqamətində fəaliyyətini davam etdirir. Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alan "Azercell”, abunəçilərinin rahatlığını təmin etmək məqsədilə "Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidmətini təqdim edir.
Cavab olaraq abunəçiyə nömrənin rəsmi sahibinə aid müvafiq bilgilər (ad, soyad və ata adı) göndəriləcək. Karantin dövründə "Azercell” abunəçiləri bu xidmətdən təmənnasız yararlana biləcəklər.
Onu qeyd edək ki, "Abunəçi bilgilərinin dəqiqləşdirilməsi” xidməti yalnız fiziki şəxs olan abunəçilər üçün nəzərdə tutulub.
"Azercell” müştərilərini sosial izolyasiya tədbirlərinə riayət etməyə çağırır və onlara möhkəm can sağlığı arzu edir!
https://www.azercell.com/az/personal/campaigns/monthly/number/ səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !