• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell Telekom” MMC Ümummilli Lider Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir

“Azercell Telekom” MMC Ümummilli Lider Heydər Əliyevin ən sevdiyi kitabları audio və elektron formatlarda təqdim edir
30.05.2023 17:08
Ölkənin lider mobil operatoru Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə mədəni irsimizin müasir rəqəmsal platformalar vasitəsilə təbliğinə növbəti töhfəsini verir

"Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram”

Ümummilli Lider Heydər Əliyev

Ulu Öndər Heydər Əliyevin mövqeyini rəhbər tutan "Azercell Telekom” MMC ölkəmizin mədəni irsinin qorunmasında və təbliğində müstəsna rolu olmuş ümummilli liderin ən sevdiyi kitabları özündə cəmləyən "Audiokitab” layihəsini təqdim edir.  

Builki layihə çərçivəsində Azercell Azərbaycanın görkəmli yazıçı və şairlərinin 50-dən çox əsərini beynəlxalq "Bookmate” platformasına audiokitab, elektron kitab və audiopyes formatlarında yerləşdirəcək. Milli ədəbiyyatımızın gələcək nəsillərə ötürülməsi, beynəlxalq oxucu auditoriyasının artırılması məqsədilə mobil operator əsərlərin türk, ingilis və rus dillərində səsləndirilməsini də təmin edir. Məzmun, həmçinin Azercell-in rəsmi Youtube kanalı vasitəsilə də izləyicilərin diqqətinə çatdırılacaq.   

Layihə Cəlil Məmmədquluzadənin, Hüseyn Cavidin, Səməd Vurğunun və Məhəmmədhüseyn Şəhriyarın müxtəlif hekayələri, əsərləri, şerləri və pyeslərini əhatə edir. Bura Heydər Əliyevin sevdiyi Cəlil Məmmədquluzadənin "Ölülər” pyesi, Səməd Vurğunun "Azərbaycan” şeri, Məhəmmədhüseyn Şəhriyarın "Heydər babaya salam”, Hüseyn Cavidin "Maral” pyesini aid etmək olar. Qeyd edək ki, Cəlil Məmmədquluzadənin "Ölülər” pyesi əsasında rəqəmsal komiks kitabı və qısa xronometrajlı animasiya filmi də hazırlanmaqdadır.

Azercell Azərbaycanın milli mətbuatının ən dəyərli nümunələrindən biri olan "Molla Nəsrəddin” jurnalını da rəqəmsallaşdırıb. Jurnalın Azərbaycan əlifbasına keçirilmiş 100 nəşri elektron kitab və audiokitab formatlarında artıq hazırlanıb və "Bookmate” tətbiqinə yüklənilir. 

Bir daha qeyd edək ki, bu il "Audiokitab” layihəsi Azercell-in ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində həyata keçirilir. Rəqəmsal kitabxana layihəsi  indiyədək İmadəddin Nəsiminin qəzəllərindən, Nizami Gəncəvinin 100-dən çox  əsərindən, "Koroğlu” dastanının 10 qolundan, Qarabağın tarixinə aid müxtəlif elmi əsərlərdən, eləcə də Qarabağ ədiblərinin kitablarından ibarət audio və elektron məzmunu oxucuların istifadəsinə verib.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol