Yeni
funksiya sayəsində müştərilər fərdiləşdirilmiş təkliflərdən birbaşa ”Azercell”
tətbiqindən faydalana biləcəklər
Abunəçilərinə ən yaxşı
rəqəmsal təcrübəni təqdim etməyi hədəfləyən
lider mobil operator "Azercell” tətbiqinin texnoloji imkanlarını genişləndirməyə
davam edir. Abunəçilər üçün xüsusi hazırlanan təkliflərlə artıq birbaşa tətbiqdən
tanış olmaq və rahat şəkildə faydalanmaq mümkündür.
Bu yenilik Müştəri Dəyərinin
İdarəedilməsi platformasının "Azercell” tətbiqi ilə inteqrasiyası nəticəsində ərsəyə
gəlib. Belə ki, abunəçilər özəl təklif və kampaniyalarla "Üstünlüklər” bölümündə
tanış ola bilərlər. Burada həm tətbiq istifadəçilərinin, həm də abunəçilərin fərdi
ehtiyaclarına uyğun hazırlanmış xüsusi təkliflər əks olunur.
Sadələşdirilmiş
aktivasiya isə onlardan yalnız SMS vasitəsilə deyil, həm də platforma üzərindən
yararlanmaq imkanı verir.
Ətraflı məlumat üçün: https://www.azercell.com/az/
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !