Azercell yarışma elan edir - Qalibə 1500 manatlıq hədiyyə veriləcək

18:18 | 21.10.2017
Azercell yarışma elan edir - Qalibə 1500 manatlıq hədiyyə veriləcək

Azercell yarışma elan edir - Qalibə 1500 manatlıq hədiyyə veriləcək

"Azercell Telekom” MMC və "PAŞA Bank”ın dəstəyi, "Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi”nin və ADA Universitetinin  təşkilatçılığı ilə gənc proqramçılar üçün təlim və yarış xarakterli "Barama FinTech Hackathon 2017Mobile App layihəsinə” start verilir.  

"Qafqazinfo” xəbər verir ki, artıq ölkəmizdə dördüncü dəfə təşkil olunan Barama FinTech Hackathon 2017Mobile App layihəsi  mobil developerlərin 36 saat ərzində yatmadan fasiləsiz yeni mobil tətbiqetmə hazırlamasını özündə ehtiva edən yarışmadır. Bu layihənin əsas məqsədi ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı insanların bacarıqlarını göstərməsinə şərait yaratmaqdır. Bununla yanaşı keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçıların öz aralarında rəqabət şəraitində biliklərini yoxlama və yeni biliklər qazanmalarına şərait yaratmaq da layihənin əsas məqsədlərindəndir.

15 yaşından yuxarı və texniki biliklərə malik olan hər kəs 25.10.2017 tarixinə qədər  www.hackathon.barama.az linki vasitəsilə qeydiyyatdan keçib bu yarışmada iştirak edə bilər.

Qalibləri aşağıdakı hədiyyələr gözləyir: 

1-ci yer tutan komanda - 1500 azn dəyərində hədiyyələr 
2-ci yer tutan komanda - 750 azn dəyərində hədiyyələr 
3-cü yer tutan komanda - 450 azn dəyərində hədiyyələr 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM