Ölkənin aparıcı mobil operatoru daha bir ilkə imza ataraq istifadəçilərinin müştəri təcrübəsini zənginləşdirir.
Əlaqə Mərkəzinin 25 illiyini qeyd edən "Azercell” 15.11.2023-cü il tarixindən etibarən böyük məmnuniyyət hissi ilə Virtual Assistent xidmətini təkmilləşdirərək müştərilərin istifadəsinə verir!
Telekommunikasiya sənayesində texnoloji sıçrayış hesab olunan səsli bot layihəsinin ən vacib və maraqlı aspektlərindən biri Virtual Assistentin Azərbaycan dilində tam spektrli xidmət göstərməsidir. Müştərilərə yeni təcrübə imkanları yaradacaq "AiCell” daxil olan müraciətləri anlayır, onların uyğun kateqoriya üzrə virtual yolunu təyin edir. Bundan əlavə, emal prosesində abunəçinin istəyindən asılı olaraq əməliyyatları icra edir, zəngləri IVR və ya operatora yönləndirir.
"AiCell” hazırda mobil internet paketləri, rominq xidməti, danışıq tarifləri, balans və tarif balansı xidmətləri, həmçinin, Bölgə Limitsiz danışıq kampaniyası üzrə ən tələbatlı əməliyyatları yerinə yetirə bilir.
Virtual Assistent-in ünsiyyət funksiyaları və xidmət imkanları daha da genişləndirilir. Yaxın gələcəkdə Virtual Assistent SimKredit, SimTaksit, Balans sorğuları, habelə İnternet şəbəkəsinə qoşulma ilə bağlı müraciətlər üçün abunəçilərə rəqəmsal həllər təqdim edəcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !