“Azərenerji” təxirəsalınmaz tədbirlərə start verdi

22:19 | 21.09.2018
“Azərenerji” təxirəsalınmaz tədbirlərə start verdi

“Azərenerji” təxirəsalınmaz tədbirlərə start verdi

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə edilən yeni təyinatdan sonra bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb.

"Azərenerji” ASC-dən AzVision.az-a verilən məlumata görə, hazırda bütün enerji obyektlərinə kompleks baxış keçirilir. 

Qeyd edilib ki, ölkə enerjisi steminin infrastrukturunun yenidən qurulması və müasirləşdirilməsi məqsədilə müvafiq tədbirlər görülür. Müəssisələrdə əmək və xidmət intizamının möhkəmləndirilməsi istiqamətində bir sıra addımlar atılır. Çevik və təkmil idarəetmə mexanizminin qurulması üçün yeni struktur üzərində işlər aparılır. 

Eyni zamanda, kadr potensialının gücləndirilməsi və ondan səmərəli istifadə olunması kimi vacib məsələlər diqqət mərkəzindədir. Müntəzəm olaraq, gedən proseslər barədə ictimaiyyətə və KİV-ə məlumat veriləcəkdir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM