"Azərenerji” ASC və Britaniyanın neft qiqantı olan BP şirkəti Bakıda Səngəçal terminalının elektrikləşdirilməsi üzrə texniki həlli birgə hazırlamaq barədə razılığa gəliblər.
"Çərşənbə axşamı Səngəçal terminalının operatoru kimi "Azərenerji” və BP arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə uyğun olaraq, tərəflər Səngəçal Terminalının Elektrikləşdirilməsi Layihəsi (PEST) üçün texniki həlli birgə hazırlamaq barədə razılığa gəliblər”, - "Azərenerji” -nin məlumatında deyilir.
Məlumata görə, tərəflər PEST üzrə işlərin ümumi həcminin müəyyən edilməsində və onların öz aralarında bölüşdürülməsində əməkdaşlıq etmək və gələcək işlərin həcmini dəqiqləşdirmək üçün layihənin texniki dizaynı və kommersiya çərçivəsi üzərində razılaşdırmaq üçün birgə işləmək niyyətindədirlər.
"Bu suallar müəyyən bir layihənin kommersiya məqsədəuyğunluğunu müəyyən etmək üçün əsas elementdir", - məlmatda bildirilib.
"Azərenerji” bildirir ki, PEST uğurla həyata keçirilərsə, Səngəçal terminalının yanacağıkimi istifadə olunan qazın yanması dayandırılacaq və terminal elektrik enerjisini milli şəbəkədən alacaq.
Şirkət aydınlaşdırır ki, terminal BP tərəfindən Azərbaycanın Cəbrayıl rayonunda inşa ediləcək Şəfəq günəş stansiyasında yaradılan elektrik şəbəkəsindən elektrik enerjisi alacaq.
"Əgər bu enerji terminalı qidalandırmaq üçün kifayət etməsə, onun enerji təchizatı "Azərenerji” tərəfindən təmin ediləcək”, - məlumatda deyilir.
"Azərenerji” hesab edir ki, şəbəkədən alınan elektrik enerjisi daha az karbon tutumlu olduğundan, elektrikləşdirmə Səngəçal terminalında neft və qaz əməliyyatları nəticəsində yaranan istixana qazı emissiyalarını azaldacaq, bu da Xəzər regionunda emissiyaların azaldılmasına və ümumilikdə ölkənin yaşıl enerjiyə keçidinə töhfə verəcək.
Xəbər verdiyimiz kimi, Lightsource BP (BP plc-nin törəmə şirkəti) 2024-cü ilin oktyabrında Azərbaycanın Cəbrayıl rayonunda Şəfəq günəş stansiyasının (GES) tikintisinə başlamağı planlaşdırır. Stansiyanın ərazisi 802 hektar, dəyişən cərəyan gücü (generasiya gücü) 240 MVt olacaq ki, bu da ən yüksək nöqtədə 288 MVt-a çata bilər.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, "Şəfəq” YES-in tikintisi Səngəçal terminalını elektrik enerjisi ilə təmin edəcək və buraxılan qazı Avropaya ixrac edəcək. Günəş elektrik stansiyasının ildə 500 milyon kilovatsaat elektrik enerjisi istehsal edəcəyi gözlənilir.
2021-ci il iyunun 3-də Azərbaycanın Energetika Nazirliyi ilə BP şirkəti arasında Cəbrayıl rayonunda 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsində əməkdaşlığa dair icra sazişi imzalanıb. Layihəyə investisiyalar 200 milyon dollar həcmində qiymətləndirilir.
BP 2024-cü ildə Azərbaycan hökuməti ilə günəş elektrik stansiyasının tikintisi layihəsi üzrə yekun investisiya sazişinin imzalanacağını gözləyir.
Azərbaycan Dövlət Neft Şirkəti və Azərbaycan İnvestisiya Şirkəti BP ilə 21 sentyabr 2023-cü il tarixində Şəfəq YES-in tikintisi layihəsinə qoşulmaq üçün müqavilə imzalayıb.
Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft-qaz sənayesinin ən mühüm obyektlərindən biridir. Terminal təqribən 550 hektar ərazini əhatə edir ki, bu da onu dünyanın ən böyük neft və qaz terminallarından birinə çevirir. Terminal BP-nin Xəzər hövzəsində istismar etdiyi bütün mövcud dəniz yataqlarından neft və qazı qəbul etmək, emal etmək, saxlamaq və ixrac etmək üçün layihələndirilib və gücünə malikdir və genişləndirmə potensialına malikdir.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !