“AzerGold” gəlirlərini artırıb

17:29 | 22.05.2024
“AzerGold” gəlirlərini artırıb

“AzerGold” gəlirlərini artırıb

"AzerGold” QSC-nin bu günə qədər həyata keçirdiyi əməliyyatlar nəticəsində əldə edilən ümumi gəliri 1 milyard 232 milyon manatı ötüb. Bunu QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov İçərişəhərdə Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən "Xəzinə” muzey ekspozisiyasının açılış mərasimində çıxış edərkən deyib.

O, bildirib ki, qurum bugünədək 412 min unsiya qızıl (12,8 ton), 785 min unsiya gümüşün (24,4 ton) ixracını həyata keçirib. Əlavə olaraq, yerli bazarda 15 min unsiya (0.5 ton) qızıl və 100 min unsiya (3.1 ton) gümüş realizə edilib
 
Həmçinin, cari ilin birinci rübündə səhmdar cəmiyyət tərəfindən yerli və beynəlxalq bazarlarda 6,6 min unsiya qızıl və 23,7 min unsiya gümüş satılıb, nəticədə ölkə iqtisadiyyatına 25,2 milyon manat vəsait cəlb edilib.


1 aprel 2024-cü il tarixinə qiymətli metalların daxili və xarici bazarlarda satışı nəticəsində QSC-nin əldə etdiyi ümumi gəlir 1 milyard 213 milyon 911 min manat olub.  Bunun 1 milyard 158 milyon 829 min manatı ixracdan, 55 milyon 82 min manatı isə daxili bazarda satışdan əldə edilən gəlirlərdir.


 "AzerGold” QSC 2024-cü ilin sonuna kimi 70 min unsiya qızıl hasil edib satmağı planlaşdırır. Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə istehsalda 10%, satışda isə 3% çoxdur.
 
Azərgol ASC 2015-ci il fevralın 15-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.
 
 Aytac



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM