2024-cü ilin yanvarında "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 387,645 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib ki, bu da əvvəlki illə müqayisədə 38% azdır. Bu barədə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) məlumat verilib.
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri isə 45,389 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin yanvarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 625,074 milyon dollar gəlir əldə edib.
Energetika Nazirliyinin proqnozlarına görə, 2024-cü ildə neft hasilatı 29,5 milyon ton olacaq.
2023-cü ildə neft hasilatı 30,2 milyon ton, 2022-ci ildə isə 32,7 milyon ton olub.
2024-cü ildə qaz hasilatı ötən ilki 48,5 milyard kubmetrdən 48,9 milyard kubmetrə qədər artacaq.
2022-ci ildə Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil edilib.
Ölkənin neft və qaz hasilatının böyük hissəsi "Azəri-Çıraq-Günəşli” neft blokundan və "Şahdəniz” yatağından hasil edilir. Bu yataqlar BP-nin operatorluğu altında çalışan xarici neft şirkətləri konsorsiumu tərəfindən istismar edilir.
Aygün Mirakif
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !