“Azəri-Çıraq-Günəşli” və "Şahdəniz" yataqlar blokunun gəliri açıqlanıb

11:11 | 06.02.2024
“Azəri-Çıraq-Günəşli” və

“Azəri-Çıraq-Günəşli” və "Şahdəniz" yataqlar blokunun gəliri açıqlanıb

2024-cü ilin yanvarında "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 387,645 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib ki, bu da əvvəlki illə müqayisədə 38% azdır.  Bu barədə Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) məlumat verilib.
 
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri isə 45,389 milyon ABŞ dolları təşkil edib.
 
2023-cü ilin yanvarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 625,074 milyon dollar gəlir əldə edib.

Energetika Nazirliyinin proqnozlarına görə, 2024-cü ildə neft hasilatı 29,5 milyon ton olacaq.  

2023-cü ildə neft hasilatı 30,2 milyon ton, 2022-ci ildə  isə 32,7 milyon ton olub.
 
2024-cü ildə qaz hasilatı  ötən ilki 48,5 milyard kubmetrdən 48,9 milyard kubmetrə qədər artacaq.
     
2022-ci ildə Azərbaycanda 46,7 milyard kubmetr təbii qaz hasil edilib.
     
Ölkənin neft və qaz hasilatının böyük hissəsi "Azəri-Çıraq-Günəşli” neft blokundan və  "Şahdəniz” yatağından hasil edilir. Bu yataqlar BP-nin operatorluğu altında çalışan xarici neft şirkətləri konsorsiumu tərəfindən  istismar edilir. 
 
Aygün Mirakif


 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM