"Azeri Light" markalı neftinin orta qiyməti 86,5 dollar/barel təşkil edib

21:48 | 30.07.2024

"Azeri Light" markalı neftinin orta qiyməti 86,5 dollar/barel təşkil edib

2024-cü ilin birinci yarısında "Azeri Light" markalı Azərbaycan yüngül neftinin orta qiyməti 86,5 dollar/barel təşkil edib. Bu barədə Maliyyə Nazirliyi xəbər verib. 

Bu ilin yanvar ayında Azeri Light markalı neftin orta qiyməti 84 dollar/barel, fevralda 86,3 dollar, martda 87,8 dollar, apreldə 91,2 dollar, mayda isə 84,8 dollar/barel , iyunda - 84,6 dollar/barel olub. 

Azərbaycan hökuməti 2024-cü il üçün neftin əsas ixrac qiymətini bir barel üçün 60 dollar müəyyən etsə də, may ayında onu bir barel üçün 75 dollara qaldırıb.

2023-cü ildə CIF çatdırılma şərtləri ilə "Azeri Light” markalı Azərbaycan yüngül neftinin orta qiyməti 86,1 dollar/barel təşkil edib.

Azeri Light markalı neft Azərbaycan Dövlət Neft Şirkətinin 25% paya malik olduğu Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Mənfəət nefti layihə iştirakçıları arasında onların müqavilədəki payından asılı olaraq bölüşdürülür.

AÇG Azərbaycanda hasil edilən neftin 2/3 hissəsini təşkil edir.
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti