Rusiyanın "Birinci” kanalında efirə gedən "Ya moqu!” yarışmasında çıxış edən "Azeri Brozers” ("Azəri Qardaşları”) yenə münsiflər heyətini və tamaşaçıları təəccübləndirib.
Anews.az-ın əldə etdiyi məlumata görə, qardaşlardan Hüseyn Pəhləvanoğlu boğazının üstünə qoyulmuş beldə çəkisi 60 kq-dan çox olan adamı 10 saniyədən çox saxlayıb.
Daha sonra o, iki mismarın üzərinə uzanıb və qarın boşluğuna qoyulan yabanın üzərinə çıxan 100 kiloluq adamı 30 saniyə saxlayıb.
Digər qardaş Laçın Pəhləvanoğlu isə kəsici iti baltanın üzərinə üzüaşağı – boğazı üstə uzanıb. Öz çəkisi 85 kq olan Laçının eyni vaxtda boyun hissəsinə iki ağır daş qoyulub. Ümumi çəkisi 114 kq olan yükü boynunda beş saniyə saxladıqdan sonra iki zərbə ilə qırıblar.
Ümumilikdə onlar 10 nömrə nümayiş etdiriblər. Lakin bu nömrələr təhlükəli olduğundan hamısının efirə gedəcəyi gözlənilmir. Lakin göstərilən nömrələr üzrə azərbaycanlı pəhləvanlar dünya rekordu qırıblar.
Bunun nəticəsində onlara Rusiya Rekordlar Federasiyası tərəfindən sertifikat və təxminən 10 min manat məbləğində pul mükafatı təqdim olunub.
Qeyd edək ki, onların son çıxışı efirdə fevralın 23-ü buraxılışında olacaq
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !