Banker.az-ın əldə etdiyi məlumata görə bu, İlham Həbibullayevdir.
İlham Həbibullayev ABB-nin (Azərbaycan Beynəlxalq Bankı) İdarə Heyəti sədrinin birinci müavinidir.
O, 1977-ci ildə anadan olub. 1997-ci ildə BDU-nun Tarix fakültəsini bitirib. 2001-ci ildə İstanbul Universitetinin Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. 2004-cü ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsindən məzun olub. Bank sektorunda 20 illik təcrübəyə malik İlham Həbibullayev ayrı-ayrı banklarda müxtəlif vəzifələrdə çalışıb.
2019-cu ilin sentyabrından ABB-nin İdarə Heyəti sədrinin strateji layihələr üzrə müşaviri vəzifəsində çalışıb.
2020-ci ilin martından "ABB” ASC-nin İdarə Heyəti sədrinin birinci müavinidir.
"Azərikart”ı 1996-cı ildə "Azərbaycan Beynəlxalq Bankı” ASC yaradıb. Onun nizamnamə kapitalı 1.75 mln. manatdır.
"Azərikard” MMC-nin Müşahidə Şurasının üzvləri:
Zamiq Məmmədov
Nihat Şenyuva
Ceyhun Qarayev
Vüsal Şahverdiyev
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !