“Azəriqaz” Bakı və Abşeronda qəza-dispetçer xidmətlərini ləğv edir

16:13 | 02.04.2014
“Azəriqaz” Bakı və Abşeronda qəza-dispetçer xidmətlərini ləğv edir

“Azəriqaz” Bakı və Abşeronda qəza-dispetçer xidmətlərini ləğv edir

Gələn ay Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) strukturunda dəyişiklik ediləcək.

Birliyin mətbuat xidmətinin rəhbəri Araz Ağayev “APA-Economics”ə bildirib ki, may ayının 15-dən etibarən Bakı şəhəri və Abşeron rayonu üzrə Qaz İstismar sahələrinin tərkibindəki qaz kəmərləri və avadanlıqlarının istismarı və qəza dispetçer xidmətləri ləğv ediləcək.

 

Onun sözlərinə görə, bundan sonra birliyin Təmir-Tikinti İdarəsinin nəzdində mərkəzləşdirilmiş Qəza və Təmir-Bərpa Xidməti yaradılacaq: “Yeni yaradılacaq xidmətin əsas vəzifəsi xətlərdə yaranan qəzaların operativ şəkildə aradan qaldırılması olacaq”.

 

Qeyd edək ki, yeni strukturun yaradılması birliyin tərkibində xeyli sayda ixtisarlara və qaz istismar sahələrinin əməkdaşlarının işdən çıxarılmasına səbəb olacaq. A.Ağayev deyib ki, hələlik ixtisara düşəcək işçilərin sayı məlum deyil: “Bununla bağlı yeni təşkilati işlər aparılır. Nə qədər adamın ixtisar olunacağı da məhz bu tədbirlərdən sonra məlum olacaq”. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM