"Qafqazinfo” xəər verir ki, İB-nin yaydığı xəbərə görə, bu, yeni xidmətlər təklif edən daha müasir bir sistemdir. Belə ki, abonentlər bundan sonra 104 və 185 nömrəli "qaynar xətt”lərə zəng vuraraq səsli menyunun koməyi ilə müvafiq düymələrdən birini seçməklə öz müraciətlərini ünvanlaya biləcəklər. Həmçinin, sistemin köməkliyi ilə daxil olan zənglər avtomatik qaydada qeydiyyata alınacaq və yerli qaz istismar sahələrinə elektron formada göndəriləcək.
Bu isə daxil olan şikayət və ya təkliflərin dərhal araşdırılaraq həll edilməsinə müsbət təsir göstərəcək. Eyni zamanda, daxil olan bütün müraciətlər arxivləşdiriləcək. Bunun üçün artıq müvafiq proqram təminatı yaradılıb və lazımi materiallarla təmin olunub. Hazırda xidmət fəaliyyət göstərir, işçilərin təlimatlandırılması və istifadə qaydaları haqqında təlimlər davam etdirilir. Yaxın vaxtlarda xidmət tam istifadəyə veriləcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !